Türyançay Fermer Təsərrüfatı MMC

“Türyançay” Fermer Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti 20 avqust 2007-ci il tarixdə Azər Yusifov tərəfindən təsis edilmişdir.

“Türyançay” Fermer Təsərrüfatı” Ağdaşın rayonu Yuxarı Nemətabad kəndində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin “Regionların İqtisadi İnkişaf” proqramı əsasında Yuxarı Nemətabad kəndində müasir tipli iri heyvandarlıq kompleksi yaradılmışdır. Təsərrüfata Avropa ölkələrindən holstein və simmental cinsi heyvanlar gətirilərək süd və ət istehsalına başlanmışdır. Təsərrüfat yeni müasir təsərrüfatlara uyğun quraşdırılması üçün İtaliyadan sağım və sürü idarəsi sistemləri təmin etmişdir.
Kompleks heyvandarlıq kompleksi olaraq yaradılmasına baxmayaraq öz tərkibində yeni fəaliyyət sahələri təsis etmişdir. Kompleksdə yetişdirilən heyvanların qida təminatını həyata keçirmək üçün əkinçilik fəaliyyətinə başlamış və yeni pivot sistemləri quraşdıraraq, 2000 hektardan çox əkinə yararsız sahəni təmizləyərək əkinə yararlı hala gətirmiş və yeni müasir pivot sulama sistemini quraşdırmışdır. Hal hazırda əkin sahələrini hazırlanması, becərilməsi, əkilməsi və məhsulun toplanması üçün lazım olan texnika və aqreqatları ilə 5000 hektar ərazinin tam şəkildə istifadəni həyata keçirəcək potensiala sahibdir.
Əkinə yararlı hala gətirilən ərazilərdə 100 hektarlıq bağ salınmışdır. Təsərrüfat bağçılıq sahəsində 20-dən çox fərqli növdə meyvə yetişiriciliyi və eyni ərazidə arıçılıq fəaliyyətini həyata keçirir.
Bununla yanaşı tərkibində olan otlaq səhələrində 4000 heyvanlıq qoyunçuluq fəaliyyətinə də başlamışdır.
Təsərrüfatın idarə edilməsi və heyvan yetişdiriciliyində yerli və xarici təcrübəli kadrları bir araya gətirərək, müasir kənd təsərrüfatında tələb olunan yeni texnologiya və təcrübələri ölkəmizə qazandırırıq